Hövsanda yeni tibbi müəssisədə növbə sistemi işə düşüb - RƏSMİ
Hazırda poliklinikalarda yeni elektron növbə sistemi qurulur.
BAKU.WS xəbər verir ki, bu sözləri TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova "Sağlam dialoq: media və səhiyyə kommunikasiyasında yeni paradiqmalar" mövzusundakı təlimdə çıxışı zamanı deyib.
Z.Ədilova bildirib ki, artıq Hövsan Ailə Sağlamlıq Mərkəzində yeni elektron növbə sistemi hazırdır. Bu indiyədək qurulan sistemdən fərqlənir. Hazırda sistem texniki sınaqdan keçirilir:
"Sözügedən sistemi növbələri optimallaşdıracaq və daha qısa müddətdə pasiyentin tibbi xidmət almasına şərait yaradacaq".
Oxşar xəbərlər
DİQQƏT! Bu şəhərdə 12:00-dan etibarən 2000 abonentin qazı kəsiləcək
Sumqayıt şəhərində 2 min abonentin qaz təchizatında müvəqqəti fasilə olacaq. BAKU.WS xəbər verir ki, Sumqayıt şəhərinin Yaşıl Dərə ərazisinin bir hissəsində d=1...