Hökumət mikro və fərdi sahibkarlığa dəstək verəcək

Hökumət mikro və fərdi sahibkarlığa dəstək verəcək
Sosial 276

Virusun iqtisadiyyata təsirini azaltmaq üçün hazırlanmış proqramlardan biri mikro və fərdi sahibkarlığı əhatə edir.

BAKU.WS-in məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov AZTV-yə müsahibəsində deyib.

Nazir bildirib ki, bu proqram 290 min mikro və fərdi sahibkarı əhatə edən bir proqramdır. Burada söhbət tək şəkildə və 10-a qədər işçisi olmaqla fəaliyyət göstərən yaxud 10 işçidən az olan muzdlu işçiləri olan sahibkarlardan gedir.

"Bir qayda olaraq mikro sahibkarların maliyyə yastığı dardır. Prinsip etibarı ilə dövlət tərəfindən tətbiq edilən iqtisadi fəaliyyətə məhdudiyyətlər ilk növbədə zərbəni bu sektora endirib. Bu sektoru qoruyub saxlamaq üçün dəstəyə ehtiyac var. Biz burada baza kimi həmin mikro sahibkarların 2019-cu il ərzində həyata keçirdiyi vergi ödənişlərinə istinad edirik. Ödənişlərin, birbaşa yardımların edilməsi də həmin bazaya əsaslanacaq".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər