"Hökümə sakit biri idi, lakin o bütün Azərbaycana səs salaraq bizi tərk etdi" - Mərhum stüardessanın həmkarı
"Hökümə xanım bizim qrupumuzun ən səssiz, sakit xanımı idi. Lakin bütün Azərbaycana səs salaraq bizi tərk etdi".
BAKU.WS xəbər verir ki, bu sözləri qəzaya düşən təyyarədə həyatını itirənlərlə vida mərasimi zamanı mərhum stüardessa Hökümə Əliyevanın iş yoldaşı deyib.
"Hökümə xanımla tanışlığımız Azərbaycan Hava Yollarına işə qəbul olarkən seçim turlarının birində başlayıb. Hökümə xanım tanıdığım ilk həmkarım olub. Biz onunla 2016-cı ildə AZAL-a işə qəbul olmuşuq. Bütün təlimlərdən birgə çekmişdik. Hökümə xanım bizim qrupumuzun ən səssiz, sakit xanımı idi. Lakin bütün Azərbaycana səs salaraq bizi tərk etdi. Hökümə öz həyatını aviasiyaya həsr etmişdi. O daima sərnişinlərin rahatlığını və təhlükəsizliyini təmin etmək üçün çalışmışdı. Təyyarə bələdçisi vəzifəsi nəinki gülərüz xidmət göstərmək, həmçinin sərnişinlərin təhlükəsizliyinin daima prioritet olmağını dərk edərək vəzifəni peşəkarlıqla icra etmək deməkdir", - deyə xanım çıxışı zamanı qeyd edib.
Oxşar xəbərlər
Dünyada Yeni il adət və inancları: kukla yandırmaq, üzüm yemək…
Yeni il bayramı dünyanın müxtəlif ölkələrində fərqli adət və inanclarla qeyd olunur. Rəsmi mənbələrin araşdırmasına görə, bu bayram həm keçmiş ili yekunlaşdırma...