Hindistanda koronavirusun yeni növü aşkar edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Hindistanın Qərbi Benqaliya ştatında koronavirusun mutasiyaya uğramış yeni növü aşkar edilib.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə Hindistanın Genomika və İnteqrativ Biologiya İnstitutunun əməkdaşı Vinod Skariya öz “Twitter” səhifəsində məlumat yayıb.
Mütəxəssis koronavirusun yeni mutasiya etmiş növü barədə, o cümlədən onun təkrar infeksiyalara səbəb olub-olmaması haqda çox az məlumata sahib olduqlarını söyləyib.
V.Skariya qeyd edib ki, bu suallara daha dəqiq və hərtərəfli cavab vermək üçün məqsədyönlü epidemioloji tədqiqatların aparılmasına ehtiyac var.
Xatırladaq ki, Hindistan COVID-19-dan ən çox zərər çəkən ölkələr sırasında ikinci yerdədir.
Bu günə qədər 182 570 hindistanlı koronavirusun qurbanı olub.
Oxşar xəbərlər
İndi də ikiqat mutasiyalı koronavirus tapıldı
ABŞ-ın San-Fransisko körfəzi bölgəsində ilk dəfə olaraq koronavirusun ikiqat mutasiyaya uğrayan Hindistan variantı - "ikiqat mutant" adlandırılan növ - aşkar ed...