Hesablama Palatası: Dövlət qurumları nasaz avtomobilləri sığortalayır
Azərbaycanda bəzi dövlət təşkilatlarında istifadəyə yararsız nəqliyyat vasitələrinin sığortalanması, işlək avtomobillərin isə sığortasız qalması halları müəyyən edilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Hesablama Palatasının "Dövlət auditi" bülletenində bildirilir.
Sənədə əsasən, təqdim edilmiş məlumatların təhlili göstərib ki, bəzi hallarda texniki cəhətdən nasaz və faktiki istifadədə olmayan nəqliyyat vasitələri sığortalanıb. Eyni zamanda, texniki baxımdan saz və istismarda olan nəqliyyat vasitələrinin icbari sığortasının təmin edilmədiyi faktlar da aşkarlanıb.
Bununla yanaşı, nəqliyyat vasitələrinin sığortası üzrə maliyyələşmə strukturunun təhlili nəticəsində bir çox təşkilat tərəfindən bu sahə üzrə xərclərin "Vahid Büdcə Təsnifatı"na uyğun icra edilmədiyi müəyyən olunub.
Qeyd edilib ki, bu kimi uyğunsuzluqlar həm maliyyə intizamının pozulmasına, həm də sığorta sistemində risklərin düzgün idarə olunmamasına səbəb olur.
Oxşar xəbərlər
Nikahdan əvvəl narkotest tələbi və reallıqlar: Mütəxəssislər nə düşünürlər?
Nikahdan əvvəl tərəflərdən narkotest arayışının tələb edilməsi ilə bağlı səsləndirilən təklif birmənalı qarşılanmır. Təşəbbüs ilk baxışdan xilasedici görünsə də...