Hərəkətdə olan sərnişin və yük qatarlarına I rübdə 18 dəfə daş atılıb

Hərəkətdə olan sərnişin və yük qatarlarına I rübdə 18 dəfə daş atılıb
Sosial 24

2026-cı ilin birinci rübündə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sərnişin və yük qatarlarına hərəkətdə olarkən 18 dəfə daş atılıb.

Bu barədə BAKU.WS-ə səhmdar cəmiyyətindən bildirilib.

"Bu vandallıq aktı nəticəsində sərnişinlərin və qatar heyətinin həyatı təhlükə altına düşür, qatara ciddi zərər dəyir, maşinist qatarı təcili saxlamalı olur və nəticədə hərəkət cədvəlində gecikmələr yaranır. Bu cür qanunsuz və məsuliyyətsiz hərəkəti edənlər müvafiq qaydada tapılır və qanunvericiliyə uyğun olaraq cərimələnirlər", -məlumatda qeyd edilib.

Bildirilib ki, qatarlara daş atanlar əsasən azyaşlılardır: "Bunu nəzərə alaraq, valideynlərdən xahiş edirik ki, uşaqları ilə bu barədə müntəzəm maarifləndirici söhbətlər aparsınlar. Bir daha xatırladırıq ki, dövlət əmlakı hesab edilən qatarlara daş atmaq cinayətdir".

Son xəbərlər