Hərbi vəzifəlilərə döyüş hazırlığı təlimləri keçirilib - FOTO\VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ilin döyüş hazırlığı planına əsasən, "N" hərbi hissəsində bir qrup hərbi vəzifəlinin iştirakı ilə təlim toplanışı keçirilib.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Plana uyğun olaraq hərbi vəzifəlilərlə döyüş hazırlığı üzrə məşğələlər keçirilib, onlara silah və texnikanın taktiki-texniki xüsusiyyətləri, minaatanların döyüşə hazır vəziyyətinə gətirilməsi öyrədilib.
Həmçinin hərbi texnikaların təyinatı üzrə düzgün istismarı və hərbi yüklərin daşınması qaydaları izah olunub, hərbi nəqliyyat vasitələrinin istənilən hava şəraitində və müxtəlif relyefli ərazilərdə təhlükəsiz idarə edilməsi məşq etdirilib.
Toplanış müddətində qarşıya qoyulan fəaliyyətlər hərbi vəzifəlilər tərəfindən uğurla yerinə yetirilib.Qeyd edək ki, toplanışın əsas məqsədi ehtiyatda olan bir qrup hərbi vəzifəlinin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi, bilik və bacarıqlarının təkmilləşdirilməsi, eləcə də praktiki vərdişlərinin artırılmasıdır.
Qalereya
Oxşar xəbərlər
Zakir Həsənov: “Ordumuz istənilən döyüş tapşırığını yerinə yetirməyə hazır və qadirdir”
“Ordumuz istənilən döyüş tapşırığını yerinə yetirməyə hazır və qadirdir”. Bu fikirlər müdafiə naziri general-polkovnik Zakir Həsənovun Ordu birliyinin şəxsi hey...