Hərarəti yüksək olduğu üçün imtahana buraxılmayan abituriyentlərlə bağlı DİM-dən açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Xəbər verdiyimiz kimi, builki qəbul imtahanlarında hərarəti yüksək olan abituriyentlər imtahana buraxılmayıb.
Bəs həmin abituriyentlər sonradan imtahanlarda iştirak etmək şansı qazanıbmı?
Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə Modern.az-a açıqlamasında həmin abituriyentlərin taleyinə aydınlıq gətirib:
"İmtahanın birinci mərhələsində iştirak edə bilməyənlər üçün digər imtahan günlərinin birində şərait yaradılıb və hamı iştirak edib".
İmtahanların ikinci mərhələsində yüksək hərarət səbəbindən iştirak edə bilməyən abituriyentlərə gəlincə, DİM rəsmisi bunun mümkün olmadığını söyləyib:
"Qəbul imtahanlarının ikinci mərhələsi isə bir dəfə keçirilir və hər hansı səbəbdən bu imtahanlarda iştirak edə bilməyənlər üçün əlavə imtahan keçirilmir. İmtahanlar yekunlaşmalıdır ki, müsabiqə keçirilsin".
Oxşar xəbərlər
DİM qəbul imtahanları ilə bağlı məlumat yaydı
Dövlət İmtahan Mərkəzi tərəfindən 20-21 avqust tarixlərində qəbul imtahanları keçiriləcək. DİM-dən BAKU.WS-ə verilən məlumata görə, imtahanlar avqustun 20-də 16...