"Hər sürücülük vəsiqəsi olan taksi sürməməlidir" - Deputat

"Neçə dəfə olub ki, taksidən yarı yolda düşmüşəm. Çünki, sürücüyə baxırsan, elə bil haradan gəlib".
Bu fikirləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı BAKU.WS-ə açıqlamasında söyləyib. Deputat bildirib ki, Azərbaycanda fəaliyyət göstərən taksi şirkətlərinə nəzarət olmalıdır:
"Bəzən mətbuatda oxuyuram, görürəm yazırlar ki, ölkədə taksi şirkətlərinin sayını azaltmaq lazımdır, çünki onlar sıxlıq yaradır. Mən bunun tərəfdarı deyiləm. Say azaldılsa, taksi xidmətinin qiyməti qalxacaq. Təklif edirəm ki, taksi şirkətləri üzərində nəzarət güclənsin. Sürücülərin təcrübəsi, mədəniyyəti və məsuliyəti yoxlanılsın".
M.İbrahimqızı onu da vurğuladı ki, hər sürücülük vəsiqəsi olan adam taksi sürməməlidir. Çünki bəzi insanlar şəxsi avtomobillərini ictimai nəqliyyat vasitəsi kimi istifadə edirlər:
"Xidməti maşının yoxdur deyə tez-tez taksidən istifadə edirəm. Çünki sürücüyə baxırsan, üstü-başı, geyimi və maşını səliqəsizdir. İçəridən pis qoxu gəlir. Ona görə taksi çağıranda xahiş edirəm ki, komfortlu olsun".

Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...