Hepatit “A” virusu Ceyranbatan su anbarından yayılır? - VACİB AÇIQLAMA/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı ərazisində “sarılıq” xəstəliyi kimi tanınan Hepatit A virusunun yayılması ilə bağlı xəbərlər bütün diqqətləri Ceyranbatan su anbarına yönəldib.
Virusun su anbarından yayıldığı iddia olunur.
AzTV-nin əməkdaşları məsələni yerində araşdırmaq üçün Abşeron yarımadasını su ilə təmin Ceyranbatan su anbarında olub.
Qeyd edilib ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə “Azərsu” ASC-nin sözügedən su anbarından səyyar laboratoriya vasitəsilə su nümunələri analiz edilib. Hər iki qurumun analizlərinin nəticəsi müqayisə edilib.
Reportajda içməli suyun təmizlənməsi prosesi, 15 parametr üzrə kimyəvi analiz və 2 parametr üzrə mikrobioloji analiz barədə məlumat verilib.
Oxşar xəbərlər
Bakıda içməli su sarılıq xəstəliyinə səbəb olub? - İDDİA və RƏSMİ CAVAB - VİDEO
Paytaxtın Sabunçu rayonunda sakinlər içməli sudan sarılıq xəstəliyinə yoluxduqlarını iddia edirlər. Xezerxeber.az-ın məlumatına görə, Əmircan və Bülbülə qəsəbə...