Həkim-terapevt: “Qripin müalicəsində antibiotiklərdən istifadə oluna bilməz”

Həkim-terapevt: “Qripin müalicəsində antibiotiklərdən istifadə oluna bilməz”
Sosial 77

“Deyirlər ki, qripsənsə, antibiotik qəbul elə, “o dəqiqə” sağaldır. Xeyr, bu yanlış yanaşmadır”.

BAKU.WS “report”a istinadən xəbər verir ki, bunu həkim-terapevt Rəhilə Əliyeva deyib.

O bildirib ki, qrip və digər virus infeksiyalarının müalicəsində antibiotik tərkibli dərmanlar təyin edilə bilməz: “Yalnız virus xəstəliklərin gedişinə bakterial infeksiya qoşulduğu zaman antibiotik tərkibli vasitələrdən istifadə etmək olar”.

Həkim-terapevt qeyd edib ki, qripin müalicəsində antibiotiklərin heç bir rolu yoxdur: “Qrip və virus zamanı vitaminlərdən istifadə edərək immun sistemini gücləndirmək daha məqsədəuyğundur. Yəni, müəyyən miqdarda vitaminlər qəbul edərək immun sisteminizi gücləndirə və xəstəliklərdən uzaq ola bilərsiniz”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər