Həftəsonu qiymətləri "od tutub yanan" taksilər - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətini dayandırması vətəndaşların taksilərdən istifadəsini zəruri edib.
BAKU.WS xəbər verir ki, bu zərurət taksi xidməti göstərən şirkətlərə qiymətləri artırmaq üçün fürsət yaradıb.
Qeyd edək ki, Bakıda 50-dən çox taksi şirkəti fəaliyyət göstərir. Rəqabətin yüksək olduğu bu xidmət növündə məsafələr üzrə tətbiq olunan qiymətlər fərqlidir.
Pandemiya ilə əlaqədar ictimai nəqliyyatın işləməməsi taksilərin həftəsonu qiymətləri qaldırması ilə nəticələnib. Gedilən məsafədən asılı olaraq adi günlərlə müqayisədə həftəsonları qiymətlər bir, iki, hətta dörd manat fərqli olur.
Mövzu ilə əlaqədar ATV kanalının hazırladığı süjeti təqdim edirik:
Oxşar xəbərlər
Taksi fəaliyyətində vahid qiymətin tətbiqi nə ilə nəticələnə bilər?
"Taksi fəaliyyətində istər dispetçer mərkəzinin yaradılması, istər kvotanın müəyyənləşdirilməsi, istərsə də vahid qiymətin tətbiqi kimi məsələlərə ehtiyac yoxdu...