Həftənin ilk iş günü hava necə olacaq?
Yeniliklərdən dərhal xəbərdar olun
Aprelin 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 10-13 dərəcə, gündüz 19-23 dərəcə isti, Bakıda gecə 11-13 dərəcə, gündüz 21-23 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 761 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70 , gündüz 40-45 faiz olacaq.
Aprelin 26-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 11-16 dərəcə isti, gündüz 23-28 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə isti, gündüz 15-20 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz:
Aprelin 26-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Oxşar xəbərlər
Yağış, qar yağacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında martın 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeo...