Həddindən artıq tərləmə ciddi xəstəliklərdən xəbər verə bilər - XƏBƏRDARLIQ
Yeniliklərdən dərhal xəbərdar olun
Həddindən artıq tərləmə ciddi xəstəliklərdən xəbər verə bilər.
BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu rusiyalı ekspert Ayqulya Arslanova müsahibəsində qeyd edib.
O, bildirib ki, bu əlaməti diqqətdən kənarda qoymaq olmaz.
Həkimin fikrincə, hiperhidroz müxtəlif xəstəliklərlə əlaqələndirilir. Xüsusilə, tiroid bezinin işində pozuntuları göstərir. Bundan əlavə, daha çox gecə saatlarında artan tərləmə şəkər xəstəliyinin əlaməti ola bilər. Arslanova onu da əlavə edib ki, ürək və qan damarlarının patologiyaları güclü tərləmə ilə nəticələnə bilər, HİV və vərəm kimi ağır xəstəliklər çox vaxt gecə tərləmələri ilə müşayiət olunur.
Həkim, hiperhidroz əlamətləri görünsə, xüsusən də yuxu zamanı baş verərsə, həkimə müraciət etməyi şiddətlə tövsiyə edir.
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...