Həbsdə olan sabiq icra başçısının işini başqa hakim araşdıracaq - SƏBƏB
27
dek
2022
12:57
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəməyə sədrlik edən hakim dəyişdirilir.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, dəyişikliyə səbəb cinayət işinə sədrlik edən hakim Nural Əliyevin apellyasiya instansiyası məhkəməsinə təyinat alması olub.
Alimpaşa Məmmədovun işinin yaxın vaxtlarda Gəncə Ağır Cinayətlər Məhkəməsinin başqa hakiminin icraatına veriləcəyi gözlənilir.
Qeyd edək ki, hakim Nural Əliyev bir neçə gün əvvəl Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin olunub.
Oxşar xəbərlər
Alimpaşa Məmmədov dövlətə 7 milyon manata yaxın ziyan vurmaqda təqsirləndirilir
Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədova verilmiş yekun ittihamlar və cinayət işi üzrə dövlətə dəymiş ziyanın məbləği məlum olub. BAKU.WS apa-ya istinadən...