Hazırlıq kursları fəaliyyətini davam etdirəcəkmi?
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda hazırlıq kursları fəaliyyətini davam etdirəcək.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, Təhsil Nazirliyinin bugünkü qərarında aprelin 5-də həmin ərazilərdə yalnız ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili, yəni məktəblərin bağlanması məsələsi yer alıb.
Beləliklə, bağlanan təhsil ocaqları sırasına hazırlıq kursları daxil deyil.
Nazirliyin məlumatında o da qeyd olunub ki, digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək.
Oxşar xəbərlər
Pandemiya dövrünün dərs ili başladı
Bu gündən Azərbaycanda yeni tədris ili başlanır. BAKU.WS xəbər verir ki, sentyabrın 15-dən 165 mindən çox uşaq birinci sinfə qədəm qoyur. Onlar əyani formada tə...