Hazırda Azərbaycanda neçə nəfər koronaviruslu xəstə var?
Yeniliklərdən dərhal xəbərdar olun
Hazırkı dövrədək ölkəmizdə 2127 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə bildirilib ki, virusa yoluxanlardan 1536 nəfər müalicə olunaraq sağalıb, 28 nəfər vəfat edib, 563 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Həmin şəxslərdən 24 nəfərin vəziyyəti ağır, 33 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Qeyd edək ki, bu gün 67 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 28 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1958 və 1969-cu il təvəllüdlü iki nəfər vəfat edib.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 169.790 test aparılıb.
Oxşar xəbərlər
Azərbaycanda bu gün koronavirusa yoluxanların sayı açıqlandı
Azərbaycan Respublikasında koronavirus infeksiyasına 67 yeni yoluxma faktı qeydə alınıb, 28 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Azərbaycan Respubli...