Havanı çirkləndirən metaləritmə sexi cəzalandırılıb
19
okt
2019
16:00
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi 55 ünvanında fəaliyyət göstərən “Az Lead” MMC-yə məxsus metaləritmə zavodundan atmosferə atılan tullantılarla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət əsasında araşdırma və monitorinq keçirilib.BAKU.WS-in məlumatına görə, bu barədə "Report"a 4 saylı Regional ekologiya idarəsinin rəisi Mübariz Vəliyev məlumat verilib. Nazirliyin əməkdaşları tərəfindən sözügedən ərazinin atmosfer havasından götürülən nümunələr üzərində analizlər aparılıb və etil-benzolun qatılığının normadan 1,6 dəfə artıq olduğu müəyyən edilib.Faktla bağlı MMC-nin direktoru Elman Abdullayev barəsində akt və protokol tərtib olunub və o, vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə edilib.Gələcəkdə belə halların baş verməməsi üçün MMC-nin direktoruna icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.
Oxşar xəbərlər
Nazirlik zavodu məhkəməyə verdi
Havaya atılan tullantıya görə zavod cəzalanıb.Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib.Verilən məlumata görə...