Hava yenə dəyişir - Yağış, şimşək, dolu... - XƏBƏRDARLIQ

Hava yenə dəyişir - Yağış, şimşək, dolu... - XƏBƏRDARLIQ
Sosial 273

İyunun 29-dan iyulun 1-i axşamadək yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya İdarəsindən bildirilib.

Qeyd olunub ki, ayrı-ayrı yerlərdə (Daşkəsən-Gədəbəy, Gəncə-Qazax, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Lənkəran-Astara) yağıntıların intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bayram günlərində hava necə olacaq? - PROQNOZ

Bayram günlərində hava necə olacaq? - PROQNOZ

Bayram günlərində, iyunun 15-16-17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə...

765 Sosial 11:52 14 iyun 2024

Son xəbərlər