Hava yağıntılı olacaq

Hava yağıntılı olacaq
Sosial 245

İyulun 2-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

BAKU.WS Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 29-33, Bakıda gecə 20-22, gündüz 30-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacaq.

Oxşar xəbərlər

Şimşək çaxacaq, yağış yağacaq - SABAHIN HAVASI

Şimşək çaxacaq, yağış yağacaq - SABAHIN HAVASI

İyunun 16-da Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeoro...

3719 Sosial 15:05 15 iyun 2018

Son xəbərlər