Hava XƏBƏRDARLIĞI - Bu tarixədək temperatur 8-10° enəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda və Abşeron yarımadasında fevralın 5-də arabir yağıntı olacağı, şimal-qərb küləyinin arabir 15-20 m/s, səhər və gündüz bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə bildirilib ki, havanın temperaturu ötən günlərlə müqayisədə 8-10° aşağı enəcək.
Azərbaycanın rayonlarında fevralın 4-ü axşam qərb rayonlarından başlayaraq 6-sı səhərədək bəzi rayonlarda hava şəraitinin fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Yağıntıların əsasən Böyük Qafqazın Quba-Qusar bölgəsində, Şərqi Zəngəzur, Qarabağ və Daşkəsən-Gədəbəy zonasında intensiv olacağı ehtimalı var.
Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.
Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10° aşağı enəcək.
Oxşar xəbərlər
Hava şəraiti ilə bağlı avtomobil yollarının vəziyyəti AÇIQLANDI
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar olaraq ölkənin avtomobil yollarının vəziyyəti haqqında məlumat yayıb. AAYDA-dan...