Hava soyuyarkən etdiklərimizin hamısı səhv imiş - VACİB MƏLUMAT

08
okt
2018
22:38
Artıq hava soyuyub. Belə hava şəraiti soyuqdəymənin, qripin əsl havasıdır. Şaxtada, soyuqda xəstələnməmək üçün etdiklərimiz isə tamamilə səhv imiş.BAKU.WS soyuq havalardan qorunmaq üçün indiyədək yanlış etməyə alışdığımız vərdişlərin siyahısını təqdim edir.Evdən çıxarkən burun damcısı tökməkSoyuqdəymə vaxtı əzələlər bərkiyir. Odur ki, soyuğa çıxan zaman burnunuza damcı töksəniz, əzələlər süni şəkildə yumşalacaq, və havanı isidib orqanizmə ötürmə funksiyasını yerinə yetirməyəcək. Buna görə də, evdən çıxarkən burnunuzu təmizləmək, ən doğru yoldur.Küçədə ağzınızla deyil, burnunuzla nəfəs alınŞaxtalı havada ağızla nəfəs alan zaman hava isinməyə vaxt tapmır. Beləcə, anginaya yoluxma şansınızı artırmış olursunuz. Odur ki, soyuq havada burnunuzla yavaş-yavaş nəfəs almağınız daha düzgündür.Şərflə ağız və burunu bağlamaqŞərf vasitəsiləalınan hava parçada donub qalır. Nəticədə hər dəfə nəfəs aldıqca, burnunuza və agzınıza daha da soyuq hava gedir. Bu isə angina, bronxit, dəri qıcıqlanması kimi xoşagəlməz nəticə ilə sonlanır.Evdən çıxmazdan əvvəl isti içki qəbul etməkİsti çay qan dövranını sürətləndirir, və orqanızmin müdafiə gücünü artırır. Lakin bununla yanaşı əzələləri genişləndirir. Bu isə o deməkdir ki, soyuğa çıxanda bədənin öz istisini daha çox itiririk. Əgər evdən çıxanda mütləq maye qəbul etmək istəyirsinizsə isti çayı ilıq su və ya elə ilıq çay ilə əvəzləyin.Şaxtalı və soyuq havada ac gəzməkOrqanizmin temperaturunun normada qalmağı üçün, ona enerji lazımdır. Enerjinin mənbəyi isə hamımızın bildiyi kimi, qidadır. Odur ki, aclıq hiss edən zaman, yüngül də olsa qarnınızı doyurun.Evdən çıxanda üzə krem çəkməkƏziz xanımlar yəqın bu problemlə çoxunuz rastlaşmısınız. İstifadə etdiyimiz kremlərin demək olar ki hamısının tərkibində su var. Kremi çəkdikdən sonra ən az 30 dəqiqə ərzində o su buxarlanıb, havaya qarışır. Evdən çıxarkən tələsik çəkdiyiniz üz kremi üzünün soyuyub, zərər görməsinə səbəb olur. (publika.az)BAKU.WS
Oxşar xəbərlər
İsti hava ilə bağlı əhaliyə xəbərdarlıq: bu saatlarda çölə çıxmayın
Ekologiya və Təbii Sərvətlər Nazirliyi isti hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib.Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, bu gün ölkə ərazisində...
