Hava şəraiti nə zaman sabitləşəcək? - AÇIQLAMA - VİDEO
08
may
2022
12:18
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ölkə ərazisində hava şəraitinin nisbətən sabitləşməsi mayın 13-də gözlənilir.
BAKU.WS xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
Onun sözlərinə görə, respublikanın rayonlarında mayın 9-u və 10-da fasilələrlə yağıntılı hava şəraiti davam edəcək. Lakin güclü yağıntılar gözlənilmir.
"Yağıntıların intensivliyi azalıb. Bu gün günün ikinci yarısı və axşama doğru küləyin sürətinin zəifləməsi proqnozlaşdırılır", - Xidmət rəisi əlavə edib.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...