Hava şəraiti nə vaxtdan sərinlənəcək? - AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Havada müşahidə olunan rütubətin dərəcəsi, eləcə də anomal istiləşmə son günlərdə daha sıx müşahidə olunur.
BAKU.WS "xezerxeber.az"-a istinadən xəbər verir ki, Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, bu vəziyyət növbəti günlərdə də davam edəcək.
İlkin proqnozlara görə, avqustun 24-ü 25-i hava şəraiti qismən normallaşacaq. Lakin bu gün və sabah temperatur pik həddə çatacaq.
Qeyd edək ki, sabah dəniz suyunun temperaturu şimal çimərliklərində- Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zaqulbada 27-28° isti, cənub çimərliklərində- Türkan, Hövsan, Sahil və Şıx-da 28-29° isti olacaq.
Oxşar xəbərlər
Sabah Bakıda 40, rayonlarda 42 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, şimal...