Hava şəraiti ilə bağlı əhaliyə çağırış edilib

Hava şəraiti ilə bağlı əhaliyə çağırış edilib
Sosial 128

Son aylar ölkənin bir sıra bölgələrində, xüsusilə dağlıq və dağətəyi rayonlarda müşahidə olunan yağıntılı hava şəraiti respublikanın şimal bölgəsində, o cümlədən Lahıc-Dəmirçi-Şamaxı yolunda və digər avtomobil yol infrastrukturunda müəyyən fəsadlara səbəb olub.

BAKU.WS-nin məlumatına görə, Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib ki, növbəti günlərdə də Azərbaycanın əksər bölgələrində yağıntılı hava şəraiti gözlənilir.

Onun sözlərinə görə, yağıntıların arabir leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var:

"Bu səbəbdən əhaliyə müraciət edirik ki, sinoptiklər tərəfindən verilən xəbərdarlıqlara diqqət yetirsinlər və ehtiyat tədbirlərini unutmasınlar. Mövsümlə əlaqədar olaraq bölgələrə istirahət üçün üz tutan vətəndaşlardan mümkün qədər fəsad yaranmış yollardan deyil, alternativ yollardan istifadə etmələri xahiş olunur".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bayram günlərində hava necə olacaq? - PROQNOZ

Bayram günlərində hava necə olacaq? - PROQNOZ

Bayram günlərində, iyunun 15-16-17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə...

765 Sosial 11:52 14 iyun 2024

Son xəbərlər