Hava şəraiti ilə bağlı daha bir qərargah yaradıldı
16
yan
2019
18:51
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə 16-18 yanvar tarixıərinə proqnozlaşdırılan hava şəraiti ilə əlaqədar tabeliyindəki qurumların rəhbərləri ilə görüş keçirib.Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, nazirin rəhbərliyi ilə operativ qərargah yaradılıb.Əhalinin nəqliyyat, telekommunikasiya, poçt, o cümlədən internet, mobil rabitə xidmətləri, radio-televiziya yayımı ilə fasiləsiz şəkildə təmin edilməsinə dair müəssisə rəhbərlərinə tapşırıqlar verilib.Nəqliyyat və rabitə obyektlərinin mühafizəsinin və yanğın təhlükəsizliyinin, eləcə də açıq havada işləyən işçilərin təhlükəsizliyinin təmin edilməsi üzrə müvafiq tədbirlər görülməsi barədə göstəriş verilib.Qəza xidmət briqadaları hazırlıq vəziyyətinə gətirilib və növbətçi hissələr təşkil edilib.BAKU.WS
Oxşar xəbərlər
Novruz Məmmədovdan nazirliklə bağlı YENİ QƏRAR
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kollegiyasının yeni tərkibi təsdiq edilib.BAKU.WS xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmm...