Hava ilə bağlı XƏBƏRDARLIQ - Bu tarixdən...
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda və Abşeron yarımadasında dekabrın 14-ü axşamadək qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərində intensiv olacağı ehtimalı var.
Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən xəbərə görə, şimal küləyi 14-də arabir 15-18 m/s-dək güclənəcək.
Azərbaycanın rayonlarında dekabrın 14-ü axşamadək qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Quba-Qusar, Balakən-Şəki, Dağlıq Şirvan, Qarabağ və Şərqi Zəngəzur, Naxçıvan MR, Mərkəzi-Aran, Lənkəran-Astara) intensiv olacağı ehtimalı var.
Şərq küləyi bəzi yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.
Oxşar xəbərlər
Bu tarixdən hava şəraiti dəyişir, güclü külək əsəcək, leysan yağacaq - XƏBƏRDARLIQ
Sabahdan hava şəraitinin dəyişəcəyi, güclü külək əsəcəyi və leysan xarakterli yağış yağacağı gözlənilir. Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətində...