Hava ilə bağlı XƏBƏRDARLIQ - Gün ərzində...
“Xəbər verdiyimiz kimi ölkədə küləkli hava şəraiti dava edir. Şimal-qərbdən ölkə ərazisinə daxil olan soyuq hava kütlələri nəticəsində dekabrın 28-də gecə saatlarından başlayaraq hava şəraiti dəyişib, güclü şimal-qərb küləyi əsir”.
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova bildirib.
Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında dekabrın 28-i axşamadək güclü şimal-qərb küləyinin davam edəcəyi, küləyin maksimal sürətinin 18-23 m/s, arabir 25-30 m/s, yarımadanın bəzi yerlərində arabir 33-38 m/s-dək güclənəcəyi gözlənilir:
"Dekabrın 28-i axşamdan 29-u səhərədək yarımadanın bəzi yerlərində fasillərlə yağıntılı olacağı ehtimalı var".
Oxşar xəbərlər
Bu il yazda qeyri-sabit havanın tez-tez qeydə alınmasının səbəbi açıqlanıb
Bu il yaz fəslində qeyri-sabit havanın qeydə alındığı günlərin sayı daha çox təkrarlanır, bir çox bölgələrə dolu, leysan yağışları yağır və çaylardan sel keçir....