Hava ilə bağlı xəbərdarlıq - Sürücülərə müraciət edildi

Hava ilə bağlı xəbərdarlıq -  Sürücülərə müraciət edildi
Sosial 163

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi ilə bağlı sürücülərə müraciət edib.

BAKU.WS-in məlumatına görə, Agentliyin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Trend-ə açıqlamasında bildirib ki, hava şəraitinin kəskin dəyişəcəyi proqnozu ilə bağlı dağlıq və dağətəyi rayonlardan keçən avtomobil yolları buz bağlaya bilər:

"Sürücülərdən xahiş edirik ki, həmin yollardan istifadə edən zaman avtomobillərini qış rejiminə uyğun təchiz etsinlər.

Təcrübəsiz sürücülər və avtomobili qış rejiminə uyğun olmayanlar bu gecədən etibarən dağlıq və dağətəyi ərazilərdən keçən yollardan istifadə etməsinlər. Bu cür sürücülər əsasən aran rayonlarından keçən avtomobil yolları ilə hərəkətə üstünlük versinlər".

A.Nəcəfli bildirib ki, hazırda Azərbaycan ərazisindəki hər hansısa avtomobil yolunda problem yaranmayıb, hərəkət normaldır:

"Bütün yollarda avtomobillər tam normal hərəkət edir, heç bir problem yaranmayıb. Amma hava şəraitinin axşama doğru dəyişməyi nəticəsində problemlər yarana bilər.

Bu məqsədlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyində olan bütün maşın-mexanizmlər, texnikalar hazır vəziyyətə gətirilib, kifayət qədər duz-qum ehtiyatı toplanıb, avtomobil yollarının kənarlarına hazır vəziyyətdə yığılıb.

Hər hansı yolda problem yaranarsa, agentlik əməkdaşları problemi aradan qaldırmağa hazırdırlar.

Sürücülərdən də xahiş edirik ki, bu gecədən etibarən maksimum dağlıq və dağətəyi ərazilərdə şəxsi avtomobillərdən istifadə etməsinlər. Əkas halda, onların hərəkətində problemlər yarana bilər".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycanda buz bağlayan əsas magistral yollarda son vəziyyət

Azərbaycanda buz bağlayan əsas magistral yollarda son vəziyyət

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq avtomobil yollarının hazırkı vəziyyəti barədə məlumat...

310 Sosial 11:24 21 yanvar 2021

Son xəbərlər