Hava ilə bağlı məlumat: Temperatur düşəcək

Hava ilə bağlı məlumat: Temperatur düşəcək
Sosial 5223

İyulun 08-də havanın temperaturu Bakıda iqlim normasından 6 dərəcə yüksək olub.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında 40°-dək isti, Naxçıvan MR-da və aran rayonlarında 35-40°, dağlıq rayonlarda isə 32°-dək isti olub.

Bu gün iyulun 09-da da isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR-da və aran rayonlarında 35-40°, dağlıq rayonlarda isə 28-33°-dək isti olacağı gözlənilir.

İyulun 10-da ölkə ərazisində arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-5° aşağı enəcək. Əsasən şimal və qərb rayonlarında yağış yağacağı gözlənilir.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 29-34° isti, aran rayonlarında 32-37° isti, dağlarda 22-27° isti olacaq.

Oxşar xəbərlər

İyul ayına olan hava proqnozu AÇIQLANDI

İyul ayına olan hava proqnozu AÇIQLANDI

İyul ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən...

850 Sosial 15:59 25 iyun 2023

Son xəbərlər