Hansı səlahiyyətlərin Səhiyyə Nazirliyinə verildiyi məlum oldu - RƏSMİ
Yeniliklərdən dərhal xəbərdar olun
Dünən koronavirus infeksiyasına yoluxmuş şəxslərə ev şəraitində ambulator-poliklinik, təcili və təxirəsalınmaz tibbi yardımın Səhiyyə Nazirliyi, stasionar müalicənin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən həyata keçirilməsi barədə məlumat yayılıb.
BAKU.WS xəbər verir ki, Səhiyyə Nazirliyindən bildirilib ki, dövlət tibb müəssisələrinin idarə edilməsi Prezident İlham Əliyevin fərmanı ilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) həvalə olunub:
“Nazirlər Kabineti yanında operativ qərargah müvəqqəti olaraq Səhiyyə Nazirliyinə Bakı şəhərindəki poliklinikalara metodiki tövsiyələr verməyi tapşırıb”.
Qeyd edək ki, bu qərarla ölkədə sanitariya-epidemioloji vəziyyətə nəzarət tədbirlərinin təkmilləşdirilməsi və koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi məqsədilə bir sıra tədbirlər icra olunur. Həyata keçirilən növbəti əhəmiyyətli tədbirlərdən biri də yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş şəxslərə həm ambulator-poliklinik, təcili və təxirəsalınmaz tibbi yardımın, həm də stasionar müalicənin keyfiyyətli göstərilməsi, bu sahələrə ayrı-ayrılıqda diqqətin yönəldilməsi və proseslərin icrasının gücləndirilməsidir.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...