Hansı bölgədə təhsilin əvvəlki formada təşkili mümkündür? - RƏSMİ AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
“Biz də istəyirik ki, bütün uşaqlar öyrəşdikləri formada məktəbə getsinlər, təhsil alsınlar”.
BAKU.WS-in məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu deyib.
O bildirib ki, dağ rayonları da “sarı” zonada yerləşir: “Burada post qurulmayıb deyə “narıncı” zonadan virus daşıyıcıları ora daxil olub kəndi yoluxdura bilər. Ölkə “sarı” və “narıncı” zonadan ibarətdir. Bizdə “yaşıl” zona yoxdur. Təhsilin əvvəlki formada təşkili isə yalnız “yaşıl” zonada mümkündür”.
O qeyd edib ki, internetə çıxışı olmayan yerləri nəzərə alaraq tele-dərslər davam etdiriləcək.
Oxşar xəbərlər
TN: Şagirdlərin zəruri fənlər üzrə həftədə 2-3 dəfə məktəbə gəlməsi planlaşdırılır
“Təhsil İnstitutunun təklif etdiyi variantlarda “sarı” zonalarda uşaqların təhsil müəssisələrində təhsilə cəlb olunması məqbul sayılır”. BAKU.WS-in məlumatına g...