Hafiz Hacıyev süni tənəffüs aparatına qoşuldu
Yeniliklərdən dərhal xəbərdar olun
Bir müddət öncə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev evə buraxılsa da, səhhətindəki problemlər aradan qalxmayıb.
BAKU.WS xəbər verir ki, "yenisabah.az" Hafiz Hacıyevın durumu ilə maraqlanıb. Siyasətçi açıqlamasında evdə müalicə aldığını, vəziyyətinin kafi olduğunu qeyd edib:
“Məni xəstəxanadan yenidən evə buraxıblar, hazırda evdə müalicə olunuram, oksigen (süni tənəffüs - red.) aparatına qoşulmuşam. Sizinlə çətinliklə danışıram. Çox sağ olun, axtardığınız üçün, Allah köməyiniz olsun”.
Qeyd edək ki, Hafiz Hacıyev bundan əvvəl Türkiyədə müalicə olunub.
Oxşar xəbərlər
“Buzlu şüşə” ilə bağlı daha bir AÇIQLAMA
ATU-nun Ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov COVİD-19 infeksiyası və heç də ondan az aktual olmayan digər xəstəliklərlə bağlı suallar...