Hacı Şahin: "İrandakı Səfirliyimizə silahlı hücum hamımızın hiddətinə səbəb oldu"
Yeniliklərdən dərhal xəbərdar olun
"İrandakı Səfirliyimizə silahlı hücum hamımızın hiddətinə səbəb oldu".
BAKU.WS xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli deyib.
"Bu terror aktını qətiyyətlə qınayır, Allahdan şəhid olmuş igidimiz Orxan Əsgərov üçün rəhmət, yaralanmış səfirlik əməkdaşları üçün isə şəfa diləyirik. Hamımız bu ağır vəziyyətdə mərdlik nümayiş etdirən diplomatlarımızın yanındayıq. Bu cinayətdə əli olan hər kəsin ən ağır şəkildə cəzalanmasını tələb edirik", - ilahiyyatçı vurğulayıb.
Qeyd edək ki, bu gün səhər saat 08:30 radələrində Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edilib.
Hücum dəf edilərkən Azərbaycan hüquq-mühafizə orqanlarının səfirliyin mühafizəsinə cavabdeh olan əməkdaşı, mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov qəhrəmancasına həlak olub, daha iki nəfər isə yaralanıb.
Oxşar xəbərlər
Hacı Şahin cümə xütbəsindəki TƏXRİBATDAN DANIŞDI - VİDEO - YENİLƏNİB
Bu gün “Məşhədi Dadaş” məscidində cümə xütbəsi zamanı təxribat törədən şəxs ruhi xəstə olub və bundan əvvəl bir neçə məscidə gedərək özünü Mehdi adlandırıb. Bu...