Hacı Nuran: ''Bu il maşınını nümayiş etdirmək istəyən hər kəs festivala qoşulub"
"Bu il də avtomobil festivalına maraq böyükdür".
BAKU.WS xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında teleaparıcı Hacı Nuran Hüseynov deyib:
"Hazırkı tədbirin maraqlı tərəfi odur ki, maşınını nümayiş etdirmək istəyən hər kəs festivala qoşulub. Gördüyünüz kimi, bura nəinki Bakıdan, hətta regionlardan da avtomobillər gətirilib. Avtomobil Federasiyasına və Heydər Əliyev Fonduna minnətdarlığımı bildirirəm. Xeyirli və uğurlu olsun, belə festivalların davamlılığını arzu edirəm".
Qeyd edək ki, iyunun 6-da Bakıda "Classics & Supercars" festivalı başlayıb.
İki gün davam edəcək tədbir Azərbaycan Avtomobil Federasiyası (AAF) və "Nazar Holdings"in birgə təşkilatçılığı ilə Dənizkənarı Milli Parkın ərazisində keçirilir.
İki gün ərzində Bakı bulvarında klassik avtomobillər, superkarlar və idman avtomobilləri nümayiş olunacaq.
Oxşar xəbərlər
Hansı bürclərin daha acgöz olduğu açıqlanıb
Astrologiyada bəzi bürclər daha çox pul, dəbdəbə, diqqət və sahib olduqlarını artırmaq istəyi ilə əlaqələndirilir. BAKU.WS xəbər verir ki, astroloji şərhlərə gö...