Gürüstandakı soydaşlarımızın təhsil problemi - VİDEO

Gürüstandakı soydaşlarımızın təhsil problemi - VİDEO
Video
Sosial 111

Gürcüstanda yaşayan soydaşlarımız daha bir təhsil problemi ilə üz-üzə qalıblar.

BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, etnik azlıqlar üçün nəzərdə tutulmuş imtahanla universitetlərə qəbul olan azərbaycanlılar Gürcüstan dövlətinin tələbələr üçün yaratdığı imkanlardan yararlana bilmirlər.

Belə ki, eyni fakültəyə gürcü dilində imtahan verərək qəbul olan azərbaycanlı tələbələr dövlət hesabına, Azərbaycan dilində imtahan verərək qəbul olan tələbələr isə ödənişli əsaslarla oxumaq məcburiyyətində qalırlar.

Məsələ ilə bağlı İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin Multilinqual tədris proqramının rəhbəri, professor Kaxa Qabunia BAKU.TV-nin Gürcüstan bürosuna verdiyi müsahibəsində mövcud məsələ ilə bağlı Azərbaycanlı tələbələrin haqlı narazılıqlarını dəstəklədiyini deyib.

Bu barədə BAKU.TV-nin süjetini təqdim edirik:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər