Gürcüstanda daha 19 nəfərdə “omikron” ştamı aşkarlanıb

Gürcüstanda daha 19 nəfərdə “omikron” ştamı aşkarlanıb
Sosial 44

Gürcüstanda daha 19 nəfərdə koronavirusun “omikron” ştamı aşkarlanıb.

BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da hazırkı dövrədək qonşu ölkədə qeydə alınan “omikron”a yoluxma hallarının sayı 48-ə çatıb.

Xatırladaq ki, Gürcüstanda COVID-19-un mutasiya etmiş növünə ilk yoluxma halı dekabrın 20-də təsdiqlənib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər