Gürcüstanda azərbaycanlıların yaşadığı daha bir kənd tam təcrid olundu
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanın Bolnisi rayonunun Savaneti kəndi (İmirhəsən) koronavirusun yayılmasının yüksək riski ilə bağlı tam təcrid olunub.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Bolnisi bələdiyyəsindən bildirilib.
Qeyd olunub ki, rayonda COVID-19 infeksiyasına 20 yoluxma halı təsdiqlənib ki, bunların da ikisi Savaneti kəndində qeydə alınıb. İlkin yoluxma mənbəyi hələ məlum olmadığına görə və virusun yayılmasının qarşısının alınması məqsədilə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mərkəzinin tövsiyəsi ilə kənd tam təcrid olunub.
Savaneti ciddi karantin zonası elan edilib, kəndə giriş-çıxış məhdudlaşdırılıb.
Qeyd edək ki, Bolnisinin Kvemo Bolnisi kəndi (Kəpənəkçi) aprelin 1-dən tam təcriddədir.
Oxşar xəbərlər
Qonşu ölkələrdə son vəziyyət: Azərbaycan aprelin 20-dən sonra karantini uzadacaq?
4 aydır bütün dünyada yayılan koronavirus pandemiyası səbəbindən milyardlarla insana sosial izolyasiya tədbirləri tətbiq olunub. BAKU.WS xəbər verir ki, bəzi öl...