Gürcüstan Azərbaycanla sərhəd zonasında yeni milli park yaradır
Gürcüstan parlamentinin Regional siyasət və özünüidarəetmə komitəsi Tsiv-Qombori Milli Parkının yaradılması ilə bağlı qanun layihəsini ilk oxunuşda dəstəkləyib.
BAKU.WS report-a istinadən xəbər verir ki, layihəni Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı nazirinin müavini Zurab Ezuqbaia təqdim edib.
Sənədə əsasən, Saqareco, Qurcaani və Telavi bələdiyyələrinin inzibati ərazilərində, ümumilikdə, 21 min 761 hektar sahədə Tsiv-Qombori Milli Parkı yaradılacaq. Layihə həmçinin Siqnaqi Təbiət Qoruğunun və Tsiv-Qombori Qoruq Landşaftının təsis edilməsini nəzərdə tutur.
Söhbət Gürcüstanın Azərbaycanın sərhədinə yaxın yerləşən Kaxeti bölgəsində yeni qorunan təbiət ərazilərinin yaradılmasından gedir.
Rəsmi məlumata görə, yeni milli parkın yaradılmasında əsas məqsəd biomüxtəlifliyin qorunması, meşə ekosistemlərinin mühafizəsi və regionda ekoturizmin inkişafıdır.
Bildirilib ki, Tsiv-Qombori Milli Parkı və Siqnaqi Təbiət Qoruğu Gürcüstanın Qorunan Ərazilər Agentliyi tərəfindən idarə olunacaq. Tsiv-Qombori qorunan landşaft zonasının idarəçiliyi isə Qurcaani bələdiyyəsinə həvalə ediləcək.
Qanun layihəsi ölkə parlamentinin plenar iclasına tövsiyə olunub.
Oxşar xəbərlər
İlk köç karvanı Şuşanın Böyük Qaladərəsi kəndinə çatıb, açarlar təqdim olunub
Şuşa rayonunun Böyük Qaladərəsi kəndinə yola salınan ilk köç karvanı çatıb, evlərin açarları sakinlərə təqdim edilib. BAKU.WS report-a istinadən xəbər verir ki,...