Günəşdəki partlayış Yerə təsir edəcək – Qasırğa proqnozu açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Alimlərin proqnozuna görə, sentyabrın 2-də Yer kürəsində güclü maqnit qasırğaları müşahidə olunacaq.
BAKU.WS xəbər verir ki, bu barədə məlumat Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyasının teleqram kanalında paylaşılıb.
Bildirilib ki, qasırğaların səbəbi Günəşdə baş verən M2.76 gücündə alovlanmadan sonra plazma buludunun kosmosa atılmasıdır. Həmin maddələr sentyabrın 2-də Yerin orbitinə daxil olacaq və G2-G4 səviyyəsində (5 ballıq şkala üzrə) maqnit qasırğaları yaradacaq.
Mütəxəssislər əlavə ediblər ki, əsas risk təkrarlanan plazma emissiyaları ilə bağlıdır, çünki Günəş alovlarının ümumi enerjisi olduqca yüksək qiymətləndirilir.
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...