Günəşdə güclü PARTLAYIŞ
Bu gün Günəş səthində güclü enerji boşalması baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutu birgə məlumat yayıb.
Məlumata əsasən, partlayış M2.9 səviyyəsində – yəni "güclü" kateqoriyasında qeydə alınıb. Enerji buraxılması Günəşin şimal yarımkürəsində, 4168 saylı aktiv sahədə baş verib.
Güclü radiasiya emissiyasının maksimum səviyyəsi Bakı vaxtı ilə saat 17:57-də müşahidə olunub.
Hazırda partlayışın Yerə və peyk sistemlərinə təsiri ilə bağlı araşdırmalar davam etdirilir. Mütəxəssislər xüsusilə rabitə və GPS siqnallarında ola biləcək qısamüddətli dəyişikliklərə qarşı diqqətli olmağı tövsiyə edirlər.
Oxşar xəbərlər
DİN dabaq xəstəliyi əleyhinə saxta dərman hazırlayan şəxslərə qarşı əməliyyat keçirib
Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının iştirakı ilə (AQTA) dabaq xəstəliyinə...