Günəş tutulmasından ən çox bu 4 bürc təsirlənəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Avqustun 12-də Şir bürcündə Günəş tutulması baş verib. Astroloji şərhlərə görə, tutulma xüsusilə Şir, Dolça, Buğa və Əqrəb bürclərinə təsir göstərə bilər.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, astroloqlar tutulmanı yeni başlanğıclar, mühüm qərarlar, münasibətlər və həyat istiqamətində dəyişikliklərlə əlaqələndirirlər.
Şir bürcü altında doğulanlar şəxsi həyat, görünüş və gələcəklə bağlı mühüm qərarlar gündəmə gələ bilər.
Dolçalarda bir sıra münasibətlər, evlilik və tərəfdaşlıq məsələləri ön plana çıxa bilər.
Buğa bürcünün nümayəndələrinin həyatında isə ev, ailə, köç və yaşayış şəraitində dəyişikliklər baş verə bilər.
Əqrəblərin də yolları açıqdır. Belə ki, onların karyera, iş həyatında yeni imkanlar və məsuliyyətlər yarana bilər.
Astroloji yanaşmaya görə, tutulmanın təsirləri yalnız həmin günlə məhdudlaşmır və qarşıdakı təxminən altı ay ərzində özünü göstərə bilər.
Oxşar xəbərlər
Məleykə Abbaszadə rektor köməkçisini işdən azad etdi
Bakı Dövlət Universitetində (BDU) kadr islahatı aparılıb. BAKU.WS "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı BDU-nun rektoru Məleykə Abbaszadə əmr imzala...