Günəş şüaları altında saxlanılan sularla bağlı monitorinqlər keçirilir
Yeniliklərdən dərhal xəbərdar olun
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhərində fəaliyyət göstərən ticarət və satış şəbəkələrində monitorinqlər keçirir.
BAKU.WS xəbər verir ki, baxış zamanı müxtəlif çeşiddə qablaşdırılmış içməli suların bəzi market və satış şəbəkələrinin qarşısında açıq hava şəraitində temperatur rejiminə riayət edilmədən, birbaşa günəş şüaları altında, yerdən məsafə gözlənilmədən saxlanıldığı müşahidə olunub.
Nöqsanların dərhal aradan qaldırılması ilə bağlı göstərişlər verilir. Məhsulların etiket məlumatlarında qeyd edildiyi kimi, günəş şüalarından qorunan, sərin yerdə, divar və döşəmədən məsafə gözlənilərək, temperatur rejiminə riayət olunaraq saxlanılması təmin edilir. Həmçinin sahibkarlarla maarifləndirici söhbətlər aparılır, qanunvericiliyin tələbləri izah olunur. Monitorinqlər hazırda davam etdirilir. Qeyd olunan nöqsanlar aşkar edildiyi təqdirdə həmin sahibkarlar barəsində inzibati xətalar məcəlləsinə uyğun tədbirlər görüləcəkdir.
İstehlakçılardan xahiş edirik ki, bu sahədə rastlaşdıqları uyğunsuzluqlarla bağlı Agentliyin 1003 - qaynar xəttinə zəng edərək və ya "E-Qidam" mobil tətbiqi ilə məlumat versinlər.
Qalereya
Oxşar xəbərlər
Qızların qaldığı yataqxanada nə baş verib? "Hansısa qız oğlanla bu zonaya keçə bilməz"
Sosial şəbəkələrdə "Kampus" özəl tələbə yataqxanasına daxil olan naməlum kişinin bir neçə qızın otağının qapısını döyərək onları narahat etdiyi iddia olunur. Ha...