"Günə 30-40 manat qazanırıq" - Astara çayını keyfiyyətli edən sirr nədir?
Yeniliklərdən dərhal xəbərdar olun
O başdan sahəyə gəlib günbatana qədər əziyyət çəkirlər. Aylarla davam edən qulluq, əziyyət və alın təri.
Bura sadəcə iş yerləri deyil, həm də onların ailəsinin qazanc yeridir, həyatlarının bir parçasıdır. Söhbət məşhur Astara çayının süfrəmizə gəlib çatmasında əməyi olan zəhmətkeş xanımlardan gedir.
Sözügedən sahədə çalışan işçilər təəssüratlarını Baku TV-yə belə ifadə ediblər:
"10 ildir bu sahədə çalışıram. Uşaqlarımıza çörək pulu qazanırıq. Valideynlərimiz də burada işləyib. Günə 30-40 manat qazana bilirik. Düzdür, çətin də olsa, qazanırıq".
Məxməri çay kimi tanınan məşhur Astara çayı gözəl ətri, tünd rəngi və təbii dadı ilə seçilir.
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...