Gündüz Abbaszadə “Qarabağ”dan getdi - RƏSMİ - YENİLƏNİB

Gündüz Abbaszadə “Qarabağ”dan getdi - RƏSMİ - YENİLƏNİB
Sosial 198

"Qarabağ" FK mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə ilə yolları qarşılıqlı razılıq əsasında ayırmışdır".

BAKU.WS xəbər verir ki, bu barədə Ağdam klubu məlumat yayıb.

"Gündüz Abbaszadəyə klubumuza göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq!", - deyə məlumatda qeyd olunub.

***15:32

“Qarabağ”da ayrılıq reallaşıb.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Gündüz Abbaszadə Ağdam klubunun mətbuat xidmətinin rəhbəri postundan gedib.

O, dünən vəzifəsini tərk edib. Bu posta kimin təyin olunacağı hələlik məlum deyil.Qeyd edək ki, G.Abbaszadə 2021-ci ildən “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri idi.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər