Gündəmi alt-üst edən görüntülər: "Novruzda qadın kimi geyinmək adəti yoxdur!"
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın ən qədim bayramlarından biri Novruzdur. Bu bayramın özünəməxsus adət-ənənələri var və biz onları uşaqlıqdan sevə-sevə yaşadırıq. Novruzun ən sevilən personajları - Keçəl, Kosa və Bahar qızı bu bayramın ayrılmaz hissəsidir. Lakin son illər bəzi bölgələrdə ənənəyə uyğun olmayan yeni obrazlar ortaya çıxır. Nəticədə, bu hallar milli adət-ənənələrimizin dəyişməsinə və ilkin mahiyyətindən uzaqlaşmasına səbəb olur.
Baku TV mövzu ilə bağlı paytaxt sakinlərinin fikirlərini öyrənib.
"Novruz adətlərində qadın paltarında geyinib gəzmək yoxdur. Bu il isə Novruz ənənələri lazımi səviyyədə təbliğ olunmadı", - deyə sakinlərdən biri bildirib. "Novruz personajlarının dəyişdirilməməsi daha yaxşı olar", - deyə digər sakin əlavə edib.
Ətraflı videoda:
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...