Gülnar Qəhrəmanova direktor təyin edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Qazax Dövlət Sosial-İqtisadi Kollecinə yeni direktor təyin edilib.
BAKU.WS xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, kollecin rəhbəri Gülnar Qəhrəmanova kollektivə təqdim olunub.
Qeyd edək ki, Gülnar Qəhrəmanova Gəncə Dövlət Universitetində "Kimya və biologiya müəllimliyi" ixtisası üzrə bakalavr, həmin ali təhsil müəssisəsində "Genetika" ixtisaslaşması üzrə magistratura təhsili alıb. 2025-ci ildə ADA Universitetinin "Bir müəllimin manifesti" proqramı çərçivəsində Vaşinqton şəhərində keçirilən "Tədris və təhsildə liderlik" istiqaməti üzrə təlimdə iştirak edib.
O, əmək fəaliyyətinə 2006-cı ildə Ağstafa şəhər Texniki və humanitar təmayüllü liseydə kimya və biologiya müəllimi kimi başlayıb. 2022-2024-cü illərdə Ağstafa rayonu Aşağı Kəsəmən kənd Ş.Abadov adına tam orta ümumtəhsil məktəbində, 2024-2026-cı illərdə isə Ağstafa şəhər Asif Abdullayev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində direktor vəzifəsində fəaliyyət göstərib.
G.Qəhrəmanova təhsil sahəsində göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilib. Görüş zamanı kollecin kollektivi ilə qarşılıqlı müzakirələr aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.
Oxşar xəbərlər
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
Abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə oktyabrın 28-də Bakının bir sıra ərazilərində təmir işləri aparılacaq....