Göyçayda XV Nar festivalı keçirilir - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Göyçay rayonunda XV Nar festivalı keçirilir.
BAKU.WS report-a istinadən xəbər verir ki, Göyçay Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 4 illik fasilədən sonra yenidən keçirilən festivalda rayonun 30-a yaxın kəndinin nar və nar məhsullarından ibarət sərgi təşkil olunub.
Ölkənin hər yerindən minlərlə insanın iştirak etdiyi tədbirdə narla bağlı müxtəlif sərgilər, yarış və müsabiqələr təşkil olunub. Festival iştirakçılarına müxtəlif növdən olan dadlı narlar və onlardan hazırlanan çoxlu çeşiddə məhsul təqdim olunub.
Bu gün saat 16:00-da Nar festivalı çərçivəsində konsert proqramı olacaq. Nar bayramı sabah da davam edəcək.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda ilk Hava Şarları Festivalı keçirildi - FOTO
İyunun 17-18-də Azərbaycanda ilk Hava Şarları Festivalı (Balloon Festival) keçirilib. Festival zamanı qonaqlar üçün konsert və əyləncə proqramları, müxtəlif möv...