Göyçayda şəhidin xatirəsinə salınan körpü onun ad günündə istifadəyə verilib - FOTO

Göyçayda şəhidin xatirəsinə salınan körpü onun ad günündə istifadəyə verilib - FOTO
Foto
Sosial 121

Göyçay şəhəri ilə Ərəbcəbirli kəndi arasındakı dağ çayı üzərində yeni körpü salınıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, köhnə körpünü sel dağıtdığı üçün Ərəbcəbirli kəndinin sakinlərinin şəhərə gediş-gəlişində problem yaranırdı. Kənd əhalisinin maddi vəsaiti ilə uzunluğu 11 metr, eni 7.5 metr olan beton körpü inşa edilib. Yerli əhali bu körpüyə 44 günlük Vətən müharibəsində fəal iştirak edən, orduda 11 il çalışan və oktyabrın 2-də Tərtər ərazisində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan hərbçi Xəyal Məmmədovun adını verərək onu "Xəyal körpüsü" adlandırıblar.

Şəhidin xatirəsinin əbədiləşdirilməsi üçün salınan yeni körpü fevralın 13-də, onun ad günündə istifadəyə verilib.

Qeyd edəık ki, yaşasaydı bu gün Xəyal Məmmədovun 32 yaşı tamam olacaqdı.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

İcbari tibbi sığorta ilə bağlı əhaliyə VACİB XƏBƏR  - SİYAHI AÇIQLANDI

İcbari tibbi sığorta ilə bağlı əhaliyə VACİB XƏBƏR - SİYAHI AÇIQLANDI

Yanvarın 1-dən ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Lakin insanlarda hansı tibb müəssisəsinin Səhiyyə Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdar...

20787 Sosial 12:35 21 yanvar 2020

Son xəbərlər