Göyçayda fermerlər narahatdır - Xurma qəribə formada yetişir
Xurma yetişib, yığımı aparılır. Lakin Göyçayda ağaclarda olan xurmanın müəyyən hissəsi qəribə formada yetişib. Bu da fermerləri tədirgin edib.
Təsərrüfat sahiblərinin sözlərinə görə, xarici bazarlara göndərilən məhsulların həcmi kifayət qədər deyil və çıxarılan məhsul da tələbi qarşılamaq üçün yetərsizdir. Meyvənin yöndəmsiz yetişməsi isə fermerlər arasında narahatlıq yaradıb.
Bağ sahibləri deyirlər ki, əgər bu xəstəlikdirsə, gələcəkdə məhsulun zay olması deməkdir.
Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzindən isə bildirildi ki, tozlanma dövründə bağa düzgün qulluq edilməyib.
BAKU.WS Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edir.
Oxşar xəbərlər
Vətəndaşlara XƏBƏRDARLIQ: İki min manatadək cərimə oluna bilərsiniz
Sayt və sosial şəbəkələrdə cəmiyyətə qarşı açıq hörmətsizlik ifadə edən hərəkətlər qadağan olunub. Prezident İlham Əliyev bununla bağlı "İnformasiya, informasiy...